02.08.2022
02 avqust 2022-ci il tarixində Bərdə Regional Mədəniyyət İdarəsinin rəisi Vəsilə Möhsümova, Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərarları ilə müəyyən olunmuş xüsusi karantin qaydalarına və sanitar-epidemioloji tələblərə əməl edilməklə regional idarənin əhatə etdiyi şəhər və rayonlardan olan vətəndaşları qəbul edib.
Qəbulda vətəndaşların müraciətləri regional idarənin rəisi tərəfindən dinlənilib, səsləndirilən problemlərin aradan qaldırılması istiqamətində müvafiq tapşırıqlar verilib.
Digər müraciətlər isə araşdırılaraq, qanunlarımız çərçivəsində həll edilməsi və müvafiq qurumlara çatdırılması üçün qeydiyyata alınıb.