Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Bərdə Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

Mingəçevir Dövlət Rəsm Qalereyasında növbəti ekskursiya baş tutub

05.08.2022

Əhalinin asudə vaxtının səmərəli təşkili və onların mədəni istirahətlərinin yüksək səviyyədə təmin olunması məqsədilə Mingəçevir Dövlət Rəsm Qalereyası tərəfindən növbəti ekskursiya həyata keçirilib. Ekskursiya çərçivəsində qonaqlara Mingəçevir Dövlət Rəsm Qalereyasının geniş iş fəaliyyəti, burada sərgilənən eksponatlar, rəsm əsərləri, yaradılmış müxtəlif dərnəklər haqqında məlumatlar verilib.