02.02.2026
02 fevral 2026-cı il tarixində Qarabağ Regional Mədəniyyət idarəsinin tabeliyində fəaliyyət göstərən Ağdam şəhər Qurban Pirimov adına 2 nömrəli Uşaq Musiqi Məktəbi 2 fevral -Gənclər Günü münasibətilə "Muğam Gənclərin Gözündə" adlı tədbir keçirilib.
Tədbirə başlamazdan öncə Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib və Azərbaycanın bütövlüyü uğrunda canlarından keçmiş şəhidlərimizin ruhu bir dəqiqəlik sükutla yad edilib.
Tədbirin bədii hissəsində məktəbin müəllim və şagirdlərinin ifasında rəngarəng musiqilər səsləndirilib.