Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Bərdə Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

“Muzeyi peşəkardan öyrənək” layihəsinin növbəti təlimi Bərdə rayonunda keçirilib

12.09.2022

Muzeyi peşəkardan öyrənək" adlı layihə üzrə növbəti təlim-seminar Bərdə Regional Mədəniyyət İdarəsinin əhatə etdiyi Bərdə, Tərtər, Yevlax rayonlarında, o cümlədən Mingəçevir şəhərində fəaliyyət göstərən tarix-diyarşünaslıq muzeyləri, rəsm qalereyaları və Heydər Əliyev mərkəzlərinin direktorları, baş fond mühafizləri və elmi işçiləri üçün Bərdə rayon Mədəniyyət Mərkəzində keçirilib.

Giriş sözü ilə çıxış edən Bərdə Regional Mədəniyyət İdarəsinin rəisi Vəsilə Möhsümova bildirib ki, ümummilli lider tərəfindən muzey işinin inkişafı üzrə müəyyən edilmiş prioritetlər və müvafiq dövlət siyasəti bu gün Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Heydər Əliyev Fondunun prezidenti, ölkəmizin birinci xanımı Mehriban Əliyevanın rəhbərliyi ilə həyata keçirilən layihələr bu sahənin inkişafına mühüm töhfədir.

Sonra Azərbaycan Musiqi Mədəniyyəti Dövlət Muzeyinin direktoru, sənətşünaslıq üzrə fəlsəfə doktoru, Əməkdar mədəniyyət işçisi Alla Bayramova, muzeyin ekspozisiya şöbə müdiri Ülviyyə Şəmmədova tərəfindən “muzey sahəsində müasir çağırışlar”, “fond və mühafizə işi”, “dünya muzeyləri”, Muzey fondlarında qorunub saxlanılan eksponatların  “kompleks avtomatlaşdırılmış muzey informasiya sistemi” (KAMİS) haqqında məlumatlar verilib, iştirakçıları maraqlandıran suallar ətrafında fikir mübadiləsi aparılıb.

Təlim regional idarədə yeni yaradılmış gənclərdən ibarət ansambl üzvlərinin ifaları ilə davam edib.

Qeyd edək ki, Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi tərəfindən start verilmiş “Muzeyi peşəkardan öyrənək” adlı layihə region muzeylərinin və əməkdaşlarının fəaliyyətini aktivləşdirmək, müasir çağırışlara cavab verən muzey mühitini formalaşdırmağa xidmət edir.

Layihənin digər regionlar üzrə fəaliyyət göstərən muzey müəssisələrinin əməkdaşları üçün təşkili də nəzərdə tutulur.