Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Bərdə Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

Bərdə Regional Mədəniyyət İdarəsində növbəti vətəndaş qəbulu keçirilib

13.09.2022

13 sentyabr 2022-ci il tarixində Bərdə Regional Mədəniyyət İdarəsinin rəisi Vəsilə Möhsümova, Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərarları ilə müəyyən olunmuş xüsusi karantin qaydalarına və sanitar-epidemioloji tələblərə əməl edilməklə Bərdə, Tərtər, Yevlax rayonlarından, Mingəçevir şəhərindən olan vətəndaşları qəbul edib.

Qəbulda vətəndaşların müraciətləri regional idarənin rəisi tərəfindən dinlənilib, səsləndirilən problemlərin aradan qaldırılması istiqamətində müvafiq tapşırıqlar verilib. Digər müraciətlər isə araşdırılaraq, qanunlarımız çərçivəsində  həll edilməsi və müvafiq qurumlara çatdırılması üçün qeydiyyata alınıb.