Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Bərdə Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

Bərdə Regional Mədəniyyət İdarəsinin tabeliyində fəaliyyət göstərən uşaq musiqi və incəsənət məktəblərinin məzunları ilə görüş keçirilib

13.09.2022

Bərdə Regional Mədəniyyət İdarəsinin təşəbbüsü ilə Bərdə rayon Mədəniyyət Mərkəzində regional idarənin tabeliyində fəaliyyət göstərən uşaq musiqi və incəsənət məktəblərinin məzunları ilə görüş keçirilib. Görüşdə Bərdə Regional Mədəniyyət İdarəsinin rəisi Vəsilə Möhsümova, idarənin aparat üzvləri, regional idarə üzrə uşaq musiqi və incəsənət məktəblərinin rəhbərləri, tələbələrin müəllimləri və  valideynləri iştirak edib.

Əvvəlcə ölkəmizin ərazi bütövlüyü uğrunda şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Sonra regional idarənin rəisi Vəsilə Möhsümova tələbə adını qazanmış məzunları, onların müəllimlərini və valideynlərini təbrik edib, onlara uğurlar arzulayıb. Bildirilib ki, ümummilli lider Heydər Əliyevin diqqət və qayğısı nəticəsində Azərbaycanda müasir təhsil sistemi yaradılıb və hazırda bu sahə yeni inkişaf mərhələsini yaşayır. Diqqətə çatdırılıb ki, bu siyasət hazırda dövlətimizin başçısı cənab İlham Əliyev tərəfindən uğurla davam etdirilir.

Görüşdə çıxış edən məzunlar onlara bəslənən ümidləri doğruldacaqlarına söz veriblər.

Sonda məzunlara Bərdə Regional Mədəniyyət İdarəsi tərəfindən Fəxri Fərmanlar, qiymətli hədiyyələr təqdim edilib.