Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Bərdə Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

Şəhid Namiq Məmmədli Bərdədə dəfn olunub

16.09.2022

Ermənistan silahlı qüvvələrinin bölmələri tərəfindən törədilən təxribat nəticəsində şəhid olan Azərbaycan Silahlı Qüvvələrinin hərbi qulluqçusu Namiq Məmmədli ilə doğulub böyüdüyü Təhlə Kəndində vida mərasimi keçirilib.

Vida mərasimində şəhidin yaxınları ilə yanaşı ictimaiyyət nümayəndələri, Bərdə sakinləri, hüquq mühafizə orqanları, Bərdə Regional Mədəniyyət İdarəsinin rəhbərliyi və əməkdaşları iştirak edib.

Şəhid Namiq Məmmədli yaxınlarının dəfn olunduğu, Bərdə rayonu, Bərcirəvan kəndində torpağa tapşırılıb.

Bərdə Regional Mədəniyyət İdarəsinin rəhbərliyi adından əziz şəhidlərimizə Allahdan rəhmət, ailələrinə səbr diləyir, başsağlığı veririk.