Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Bərdə Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

Regional idarənin rəisi Yevlax rayonunda yerləşən bir sıra mədəniyyət müəssisələrin fəaliyyəti ilə tanış olub

22.09.2022

Bərdə Regional Mədəniyyət İdarəsinin rəisi Vəsilə Möhsümova Yevlax rayonunda olan bir sıra mədəniyyət müəssisələrinə baxış keçirib.

Yevlax rayon Aran-2 qəsəbə Mədəniyyət evinə gələn idarə rəisinə müəssisənin fəaliyyəti haqqında məlumat verilib. Mədəniyyət evində əhaliyə mədəni xidmətlərin göstərilməsi, milli adət-ənənələrin, musiqi mədəniyyətimizin təbliği istiqamətində görülən işlərdən bəhs olunub. Bildirilib ki, burada dərnəklər, kurslar, özfəaliyyət kollektivləri fəaliyyət göstərir.

Vəsilə Möhsümova Yevlax rayon Aran qəsəbə Uşaq Musiqi Məktəbinin fəaliyyəti ilə də tanış olub. Bildirilib ki, məktəb 1985-ci ildən fəaliyyət göstərir. Məktəbdə fortepiano, tar, qarmon və xanəndəlik ixtisasları tədris olunur. Məktəb Mədəniyyət Nazirliyi tərəfindən aparılmış əsaslı təmirdən sonra yeni bina ilə təmin olunub.

İdarə rəisi tərəfindən məktəbdə iş prosesinin müasir tələblərə uyğunlaşdırılması, tədrisin keyfiyyətinin yaxşılaşdırılması, yerli və beynəlxalq müsabiqələrsə iştirak, əmək intizamına ciddi riayət olunması, sənədləşdirmə işlərinin düzgün, vaxtında və qüsursuz aparılması, əhaliyə göstərilən mədəni xidmət səviyyəsinin yüksəldilməsi ilə bağlı tapşırıqlar verilib, məktəb kollektivini maraqlandıran suallar ətrafında fikir mübadiləsi aparılıb.

Sonra rəis Aran-2 qəsəbə kitabxana filialının fəaliyyəti ilə tanış olub, oxuculara göstərilən xidmətlərlə bağlı məlumat alıb.

Sonda mədəniyyət işçiləri ilə xatirə şəkilləri çəkdirilib.