Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Bərdə Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

Vətən müharibəsi şəhidi Zeynalov Turqut Fikrət oğlunun ildönümü qeyd olunub

28.09.2022

Turqut Zeynalov 1996-cı il avqustun 20-də Bərdə şəhərində anadan olub. 2002-2011-ci illərdə Bərdə şəhərində F. Muradov adına 7 nömrəli tam orta məktəbdə təhsil alıb. 2011-2015-ci illərdə isə Bərdə Dövlət İdarəetmə və Texnologiya Kollecində təhsilini davam etdirib. Turqut Zeynalov 2015-2016-cı illərdə Azərbaycan Silahlı Qüvvələrinin sıralarında müddətli həqiqi hərbi xidmətdə olub. 2019-cu ildən isə Goranboy rayonunda yerləşən "N" saylı hərbi hissədə müddətdən artıq həqiqi hərbi xidmət qulluqçusu idi.
İkinci vətən müharibəsi zamanı 27 sentyabr tarixində Suqovuşan istiqamətində gedən döyüşlərdə qəhrəmancasına vuruşaraq şəhidlik zirvəsinə ucalmışdır. Sentyabr ayının 28-i Bərdə rayon Şəhidlər Xiyabanında dəfn edilmişdir.
Ölümündən sonra "Vətən Uğrunda" və "Laçının azad olunmasına görə" medalları ilə təltif edilmişdir.

28 sentyabr 2022-ci il tarixində şəhidin növbəti ildönümü ilə bağlı mərasim keçirilib. Mərasimdə Bərdə Regional Mədəniyyət İdarəsinin rəisi Vəsilə Möhsümova da iştirak edib.