Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Bərdə Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

Mədəniyyət işçiləri Vətən müharibəsi şəhidlərinin ildönümündə iştirak edib

10.10.2022

Bərdə Regional Mədəniyyət İdarəsinin rəisi Vəsilə Möhsümova və regional idarənin əməkdaşları 10 oktyabr 2022-ci il tarixində şəhid Qəribzadə Fəxri Elmir oğlu, Ələkbərli Samir Şamil oğlu və Şahvələdov İlyas Etibar oğlunun ildönümü ilə əlaqədar Şəhidlər xiyabanını ziyarət edib, onların ailələrində olaraq doğmalarına başsağlığı verib.

Görüş zamanı qəhrəman oğullarımızın keçdiyi şərəfli döyüş yolundan, Müzəffər Ali Baş Komandanın rəhbərliyi ilə Azərbaycan ordusunun qazandığı parlaq qələbədən, əsgər və zabitlərimizdə olan ruh yüksəkliyindən danışılıb.

Regional idarənin rəhbərliyi şəhid ailələrinin və qazilərin mədəniyyət işçiləri tərəfindən daim diqqət mərkəzində saxlanıldığını, mütəmadi olaraq regional idarənin tabeliyində olan mədəniyyət müəssisələrində vətənpərvər mövzularda silsilə tədbirlərin keçirildiyini vurğulayıb.

Daha sonra Bərdə şəhər 1 nömrəli Uşaq incəsənət məktəbinin şagirdlərinin hazırladığı kompozisiya nümayiş olunub.