Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Bərdə Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

Bərdə Regional Mədəniyyət İdarəsinin rəisi Vəsilə Möhsümova “Münəccim Səlimin nağılları” adlı uşaq tamaşasının premyerasında iştirak edib

12.10.2022

Mingəçevir Dövlət Dram Teatrında müəllifi Günel Məcidova, quruluşçu rejissoru Vüsal Mehrəliyev olan “Münəccim Səlimin nağılları” adlı uşaq tamaşasının premyerası keçirilib.

Tamaşanın maraqlı, zəngin səhnə dekorasiyası və aktyorların məharətli çıxışı səhnə əsərini daha baxımlı edib və tamaşa izləyicilər tərəfindən böyük maraqla qarşılanıb.

Qeyd edək ki, tamaşada Bərdə Regional Mədəniyyət İdarəsinin rəisi Vəsilə Möhsümova da iştirak edib. İdarə rəisi tamaşadan sonra yaradıcı heyətlə görüşüb və uğurlu səhnə əsərinə görə təbriklərini çatdırıb.