Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Bərdə Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

Tərtərdə ”Ədalətin zəfər çağı” adlı dəyirmi masa keçirilib

05.11.2022

Tərtər Tarix-Diyarşünaslıq muzeyi, Heydər Əliyev Mərkəzi ilə birgə "Ədalətin zəfər çağı" adlı dəyirmi masa keçirib.

Əvvəlcə Ulu Öndər Heydər Əliyevin və Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda canlarından keçmiş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.


Daha sonra çıxış edən tədbir iştirakçıları çıxışlarında qeyd ediblər ki, Vətən müharibəsinin davam etdiyi 44 gün ərzində şanlı ordumuz, qəhrəman əsgərlərimiz işğalçılara öz gücünü göstərdi. Bu gün hər birimiz müasir Azərbaycan tarixinin ən qürurlu, fəxarətli günlərini yaşayırıq. Sözüz ki, Vətən müharibəsində qazandığımız qələbə ədliyyə işçiləri üçün də böyük qürurdur, fəxrdir. 30 ildir ki, xalqımızın torpaq həsrətinə son qoyuldu, düşmən üzərində böyük qələbə əldə edildi. Məhz cənab Prezidentimiz, Ali Baş Komandan İlham Əliyevin həm siyasi arenada, həm də döyüş meydanındakı gücü, qüdrəti sayəsində Azərbaycan tarixi ədaləti bərpa etdi. Ölkəmiz bütün dünyaya öz siyasi və hərbi gücünü nümayiş etdirdi. Bu müharibədə ən əsas məqamlardan biri Xalq-Ali Baş Komandan birliyi oldu. Xalqımız cənab Ali Baş Komandanın ətrafında bir yumruq kimi birləşərək Ona və ordumuza böyük dəstək verdi. Qəhrəman, yenilməz Ordumuz isə döyüş meydanında cənab Ali Baş Komandanın əmrlərini şərəflə icra edərək düşmənə ağır zərbələr endirdi və işğal altındakı torpaqlarımızı azad etdi.

Sonda Zəfər günüə həsr olunmuş videoçarx nümayiş olunub.