Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Bərdə Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

Bərdədə 8 Noyabr-Zəfər Günü və 9 Noyabr-Azərbaycan Respublikasının Dövlət Bayrağı Günü münasibətilə tədbir keçirilib

10.11.2022

Bərdə Regional Mədəniyyət İdarəsinin tabeliyində olan Bərdə şəhər şəhid F.Quliyev adına 2 nömrəli Uşaq musiqi məktəbi ilə Bərdə Rayon Mərkəzi Xəstəxananın kollektivi tərəfindən 8 Noyabr-Zəfər Günü və 9 Noyabr-Azərbaycan Respublikasının Dövlət Bayrağı Gününə həsr olunmuş tədbir keçirilib.

Dövlət Himninin səsləndirilməsi ilə başlanan tədbirlərdə ölkəmizin müstəqilliyi və ərazi bötüvlüyü uğrunda canlarından keçmiş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Tədbirlərdə 44 günlük Vətən müharibəsində ölkə Prezidenti, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin müdrik rəhbərliyi ilə qazanılmış tarixi Zəfərin əhəmiyyətindən danışılıb, şanlı Azərbaycan Ordusunun misilsiz qəhrəmanlığından söz açılıb. Bildirilib ki, əsgər və zabitlərimizin qəhrəmanlıqları sayəsində düşmən ordusu darmadağın edilib, işğal altında olan torpaqlarımız azad edilib və ölkəmizin ərazi bütövlüyü bərpa olunub.

Tədbir Bərdə şəhər şəhid F.Quliyev adına 2 nömrəli Uşaq musiqi məktəbinin hazırladığı konsert proqramı ilə davam edib.