Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Bərdə Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

Türkiyədə ”Qarabağ zəfəri” adlı fotosərgi təşkil edilib

10.11.2022

Türkiyənin Beykoz Bələdiyyəsinin təşkilatçılığı ilə İstanbul şəhərində 8 Noyabr – Zəfər Gününə həsr edilmiş "Qarabağ zəfəri" adlı fotosərgi keçirib. 

Qarabağın işğaldan azad olunmasının 2-ci ildönümü ilə əlaqədar Beykozda müharibə dövrü və onun nəticələrindən bəhs edən “Qarabağ zəfəri” adlı foto sərgi keçirilib. Foto sərgisinin açılışında Beykoz bələdiyyə başqanı Murat Aydın, Azərbaycanın İstanbuldakı konsulu Zaur Allahverdizadə, Azərbaycan Respublikası Məniyyət Nazirliyinin Strateji inkişaf və layihələrin idarə edilməsi şöbəsinin baş məsləhətçisi Eldəniz Ağayev, Azərbaycan İslahatçı Gənclər İctimai Birliyinin prezidenti Fərid Şahbazlı, Bərdə Regional Mədəniyyət İdarəsinin rəisi Vəsilə Möhsümova və Azərbaycandan olan bir sıra təşkilat nümayəndələri iştirak edib.

Foto sərginin davamında iki ölkə nümayəndələrinin birgə iştirakı ilə plenar iclas keçirilib. İclasda Türkiyə ilə Azərbaycan arasında olan mədəni əlaqələrdən, Türkiyənin Azərbaycana siyasi və mənəvi dəstəyindən, iki dövlət arasındakı əməkdaşlıq və qardaşlıq əlaqələrinin daha da gücləndiyindən bəhs olunub. Bildirilib ki, 2021-ci ilin 11 oktyabr tarixində İstanbulun Beykoz bələdiyyəsi ilə Azərbaycanın Bərdə bələdiyyəsi arasında imzalanmış müvafiq protokola əsasən Beykoz və Bərdə şəhərləri qardaş şəhərlər elan olunub.

Tədbir konsert proqramı ilə sona çatıb.