Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Bərdə Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

İstanbulda “Qarabağ Zəfəri” Milli Mükafatının təqdimetmə mərasimi keçirilib

10.11.2022

Vətən müharibəsi nəticəsində əldə olunan şanlı Zəfərimizin ikinci ildönümü münasibətilə İstanbulda Azərbaycan və Türkiyə jurnalistlərinin “Zəfər görüşü” keçirilib. Tədbir İslahatçı Gənclər İctimai Birliyi və “Azxəbər” media qrupunun birgə təşkilatçılığı ilə baş tutub.

Tədbirdə Vətən müharibəsi dövründə iki qardaş ölkənin media nümayəndələrinin fəaliyyəti qiymətləndirilib.

Görüşdə 44 günlük Vətən müharibəsində Azərbaycanın haqlı mübarizəsinin Türkiyə və dünya ictimaiyyətinin diqqətinə obyektiv şəkildə çatdırılmasında iştirak edən media nümayəndələrinə “Qarabağ Zəfəri” Milli Mükafatı təqdim edilib.

Tədbirdə Azərbaycanın İstanbuldakı Baş konsulluğunun vitse-konsulu Murad Balacayev, Mədəniyyət Nazirliyinin Bərdə Regional Mədəniyyət İdarəsini rəisi Vəsilə Möhsümova, Azərbaycan Mətbuat Şurasının İdarə Heyətinin üzvü Hacıbəy Heydərli, “Azxəbər” İnformasiya Portalının baş redaktoru Əfsələddin Ağalarov, İslahatçı Gənclər İctimai Birliyinin sədri Fərid Şahbazlı, ictimaiyyət nümayəndələri, Türkiyə KİV-ləri və Azərbaycanın Türkiyədə akkreditə olunmuş media təşkilatlarının əməkdaşları iştirak ediblər.

Təqdimetmə mərasimində çıxış edənlər 44 günlük Vətən müharibəsi və bu savaş nəticəsində əldə edilən şanlı Zəfərimiz haqqında danışıb, müharibə dövründə Azərbaycanın haqq səsinin dünya ictimaiyyətinə çatdırılmasında media işçilərinin xidmətlərini yüksək qiymətləndiriblər.

Mükafat Azərbaycanın Türkiyədə kreditə olunmuş media nümayəndələri, eləcə də qardaş ölkənin “A Haber”, “Haber Türk”, “CNN”, “İhlas” Xəbər Agentliyi kimi bir sıra qurumlarının əməkdaşlarına təqdim edilib.