Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Bərdə Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

Yevlax şəhər mədəniyyət işçiləri tərəfindən Gəncə şəhər Uşaq evi ziyarət olunub

15.11.2022

Bərdə Regional Mədəniyyət İdarəsi üzrə Yevlax şəhər mədəniyyət işçiləri tərəfindən "Usaq Hüquqları aylığı" çərçivəsində Gəncə şəhər Uşaq evi ziyarət olunub.

Qeyd olunub ki, valideyn himayəsindən məhrum olan uşaqlar dövlətimizin xüsusi diqqəti və qayğısı ilə əhatə olunublar. Onların fiziki və mənəvi sağlam, savadlı, tərbiyəli və vətənpərvər ruhda böyüdülməsi üçün burada hər cür şərait yaradılıb.

Tədbirdə şən klonların, Kukla teatrının nağılları, musiqiçilərin ifaları uşaqlarda xoş ovqat yaradıb.

Sonda uşaqlara hədiyyələr təqdim olunub və xatirə şəkli çəkdirilib.