Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Bərdə Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

Bərdə Regional Mədəniyyət İdarəsi Tərtər rayon Mədəniyyət Mərkəzində bədii fikrin görkəmli siması Xurşidbanu Natəvanın anadan olmasının 190 illiyi ilə bağlı tədbir keçirilib

21.12.2022

Tədbir  ulu öndər Heydər Əliyevin ,  Azərbaycanın ərazi bütövlüyü uğrunda canından keçərək şəhidlik zirvəsinə ucalmış qəhrəmanlarımızın bir dəqiqəlik sükutu ilə başlayıb. Sonra Azərbaycan Respublikasının dövlət himni səsləndirilib.

2022-ci ilin mart ayında görkəmli şairə, tanınmış ictimai xadim, Xurşidbanu Natəvanın anadan olmasının 190 ili tamam olur. Bu məqsədlə, Prezident İlham Əliyevin görkəmli şairə bədii fikrinin görkəmli siması Xurşidbanu Natəvanın  190 illik yubileyinin keçirilməsi haqqında müvafiq Sərəncamına əsasən Tərtər rayon Mədəniyyət Mərkəzində “ Tək inci Xan qızı” adlı  tədbir keçirilib.

Tədbirdə Tərtər rayon İcra Hakimiyyəti, Hüqüq mühafizə orqanları, İdarə və müəssisə rəhbərləri, Mədəniyyət işçiləri, rayon ictimaiyyəti  iştirak etmişdir.

Qeyd edək ki, Xurşidbanu Natəvan, sonuncu Qarabağ xanı Mehdiqulu xan Cavaşirin qızı, İbrahimxəlil xanın nəvəsi, eyni zamanda 1747-ci ildə Nadir şahdan  sonra Qarabağ xanlığının əsasını qoyan Pənahəli xanın  və Gəncə xanı Cavad xanın sülaləsindəndir. Xurşidbanu Natəvanın yaradıcılığı həmişə diqqət mərkəzində saxlanılmış, xatirəsinin əbədiləşdirilməsi istiqamətində ölkəmizdə bir sıra tədbirlər həyata keçirilmiş, o,cümlədən 1960-cı ildə Bakıda şairənin heykəli, 1962-ci ildə Ulu öndər Heydər Əliyevin iştirakı ilə Şuşada büstü ucaldılmışdır. Ermənistan silahlı qüvvələrinin 1992 –ci ildə Şuşa şəhərini  işğal edərək  tarixi-memarlıq və mədəniyyət abidələrini vandalcasına dağıdarkən güllə ilə zədələdikləri Natavanın büstü,  44 günlük Vətən müharibəsində Şuşa şəhəri  şanlı Azərbaycan Ordusu tərəfindən azad olunduqdan sonra əzəli,məkanına qaytarılmışdır.Bu gün Natəvanın Şuşada yenidən ucalan və möhtəşəm Zəfərimizin təntənəsini nümayiş etdirən büstü, eyni zamanda,xalqımızın milli mədəni irsə qayğısının rəmzi və mənəvi dəyərlərə ehtiramının  təzahürüdür.

Tədbir Tərtər rayon Mədəniyyət Mərkəzinin hazırladığı  “ Tək inci Xan qızı” adlı musiqili tamaşası ilə davam etmişdir.

Tədbir sonunda çıxış edən Tərtər rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədov qeyd etmişdir ki, əsası ulu öndər Heydər Əliyev tərəfindən qoyulan Azərbaycan mədəniyyəti bugün Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyevin və birinci-vitse president Mehriban xanım Əliyevanın rəhbərliyi ilə ən parlaq mərhələsini yaşayır.  Müstəqim Məmmədov Azərbaycanın görkəmli şairəsi Xurşudbanu Natəvanın həyat və yaradıcılığından bəhs etmiş və tədbirin təşkilatçılarına öz təşəkkürünü bildirmişdir.