30.12.2022
Tərtər rayon İcra Hakimiyyətinin, Bərdə Regional Mədəniyyət idarəsinin və AVMVİB-nin Tərtər regional nümayəndəliyi tərəfindən “Qurtuluşdan Zəfərə” adlı sənədli filmin ilk sınaq çəkilişləri olub.
Əvvəlcə tədbirin təşkilatçıları Tərtər rayonunda yerləşən şəhidlərin xatirə kompleksini və Ulu Öndərin abidəsini ziyarət edib, önünə gül dəstələri düzüblər.
Tədbirdə Tərtər rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədov, Hüquq mühafizə orqanlarının, idarə və təşkilatların rəhbərləri, şəhid valdeyinləri, qazilər iştirak ediblər.
Tədbir iştirakçıları çəkilməsi nəzərdə tutulan “Qurtuluşdan Zəfərə” adlı sənədli film lahiyəsi barədə öz fikir və təklifərini bildirmiş, filmin ssenarisində bəzi dəyişikliyin olunması qərara alınmışdır.