30.12.2022
31 dekabr–Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni il bayramı münasibətilə Bərdə şəhər Heydər Əliyev adına park-bulvar kompleksində keçirilən tədbirdə rayon İcra Hakimiyyəti, YAP rayon təşkilatı, hüquq-mühafizə orqanları, o cümlədən idarə, müəssisə və təşkilatların rəhbərləri, ictimaiyyət nümayəndələri və rayon sakinləri iştirak edib.
Vətənimizin azadlığı, ərazi bütövlüyü uğrunda canından keçmiş şəhidlərimizin xatirəsinin bir dəqiqəlik sükut ilə yad edilməsindən sonra tədbir açıq elan edilib.
Bildirilib ki, Dünya Azərbaycanlılarının Həmrəyliyi günü Ümummilli lider Heydər Əliyevin adı ilə bağlı olmaqla, dünyanın ayrı-ayrı ölkələrində yaşayan milyonlarla azərbaycanlının həmrəylik tarixdir.
Tədbir Mədəniyyət Mərkəzinin hazırladığı bayram konserti ilə davam edib.