30.12.2022
Bərdə Regional Mədəniyyət İdarəsi və Bərdə rayon Ağsaqqallar Şurasının təşkilatçılığı ilə Bərdə rayon Mədəniyyət Mərkəzində şəhid övladları üçün Yeni il şənliyi keçirilib. Bayram şənliyində Mingəçevir Dövlət Dram Teatrının kollektivinin hazırladığı uşaqlar üçün nəzərdə tutulmuş “Şaxta Baba və Şaxta Nənənin Mingəçevir-Bərdə sərgüzəştləri ” adlı musiqili-əyləncəli tamaşa nümayiş olunub.
Sonda uşaqlara Yeni il münasibətilə hədiyyələr təqdim olunub.