Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Bərdə Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

Tərtər rayon Heydər Əliyev Mərkəzində “Qəlbimizdə Heydər Əliyev sevgisi“ adlı dəyirmi masa keçirilib

13.01.2023

Ümummilli Lider Heydər Əliyevin 100 illik yubileyi ilə əlaqədar olaraq Tərtər rayon Heydər Əliyev Mərkəzində “100 illik Azərbaycan tarixi–Heydər Əliyev” adlı yeni layihəyə start verilib. Layihə çərçivəsində mərkəzdə “Qəlbimizdə Heydər Əliyev sevgisi“ adlı dəyirmi masa baş tutub.

Rayon ictimaiyyət nümayəndələri, həmçinin mədəniyyət işçilərinin iştirak etdiyi tədbirdən öncə ümummilli lider Heydər Əliyevin büstü ziyarət edilib, Ulu öndərin və ölkəmizin müstəqilliyi və ərazi bütövlüyü uğrunda canlarını fəda etmiş bütün şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Tədbir Azərbaycan Respublikasının Dövlət Himninin ifa edilməsi ilə başlanıb.

Dəyirmi masada Ulu Öndərin həyatı, zəngin və çoxşaxəli siyasi fəaliyyəti haqqında ətraflı məlumat verilib, dahi şəxsiyyətin müasir müstəqil Azərbaycan dövlətinin qurulmasında və inkişafında böyük rolundan danışılıb, o cümlədən Heydər Əliyev irsinə, onun azərbaycançılıq məfkurəsinə həsr olunan “100 illik Azərbaycan tarixi–Heydər Əliyev” layihəsindən bəhs edilib.

Sonda Tərtər rayon Heydər Əliyev Mərkəzinin əməkdaşları tərəfindən hazırlanmış Ümummilli Lider Heydər Əliyevin həyat və fəaliyyəti əks etdirən videoçarx nümayiş olunub.