15.03.2023
Tərtər rayonunun mərkəzi meydanında keçirilən bayram şənliyində rayon rəhbərliyi, hüquq-mühafizə orqanlarının, idarə, müəssisə və təşkilat rəhbərləri, şəhid ailələri, qazilər və ictimaiyyət nümayəndələri iştirak ediblər.
Bildirilib ki, ölkəmizdə Novruz bayramı artıq daha coşqu ilə, daha möhtəşəm qeyd olunur. Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Vətən müharibəsində qazandığımız Zəfər xalqımızın başını uca edib. 30 il işğal altında olan dədə-baba yurdlarımızda indi bayram tonqalları qalanır. Şəhidlərimizin, qazilərimizin və ümumilikdə ordumuzun sayəsində Vətənimizin ərazi bütövlüyü təmin olunub.
Tədbir rayon Mədəniyyət Mərkəzi tərəfindən hazırlanmış şən və rəngarəng konsert proqramı ilə davam etdirilib.