Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Bərdə Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

Bərdədə Novruz bayramı münasibəti ilə ümumrayon tədbiri keçirilib.

18.03.2023

Bərdə şəhər Heydər Əliyev adına park-bulvarda keçirilən Novruz bayramı şənliyində rayon İcra Hakimiyyətinin, YAP rayon təşkilatının, hüquq-mühafizə orqanlarının rəhbər işçiləri, idarə, müəssisə, təşkilatların kollektivləri, rayon sakinləri iştirak edib.

Tədbir iştirakçıları Vətənimizin azadlığı uğrunda şəhid olanların, Türkiyə cümhuriyyətində baş vermiş təbii fəlakət nəticəsində həlak olmuş şəxslərin xatirəsini bir dəqiqəlik sükutla yad ediblər.

Sonra Novruz Bayramı ilə əlaqədar rayonun ümumtəhsil və musiqi məktəblərinin, məktəbəqədər və məktəbdənkənar müəssisələrin kollektivlərinin hazırladıqları sərgilərə, Novruzun rəmzləri olan Kosa və Keçəlin, Bahar qızın iştirakı ilə, eləcə də uşaqların təqdimatında xalqımızın qədim milli ənənələrinə həsr olunmuş şeir və mahnılardan ibarət kompozisiyalara, folklor kollektivlərinin nümunəvi çıxışlarına tamaşa edilib.

Bayram tədbiri Bərdə rayon Mədəniyyət Mərkəzi tərəfindən hazırlanan geniş konsert proqramı ilə davam etdirilib. Sonda bayram tonqalı alovlandırılıb.