Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Bərdə Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

Novruz bayramı münasibəti ilə Tərtər rayonunda ümumrayon tədbiri keçirilib.

18.03.2023

Xalqımızın ən əziz bayramlarından olan Novruz Tərtər rayonunda böyük coşqu ilə qeyd olunur. Tərtərlilər baharın gəlişini böyük sevinc və ruh yüksəkliyi ilə qarşılayırlar.

Azərbaycan xalqının milli-mənəvi, maddi və mədəni dəyərlərini gənc nəslə daha yaxından tanıtmaq və təbliğ etmək məqsədilə Mərkəzi Meydanda təşkil olunan tədbirdə rayon İcra Hakimiyyəti, idarə, müəssisə və təşkilat rəhbərləri, ağsaqqallar, ziyalılar, gənclər və rayon ictimaiyyətinin nümayəndələri iştirak ediblər.

Əvvəlcə tədbir iştirakçıları Mərkəzi Meydanda Ulu Öndər Heydər Əliyevin abidəsini ziyarət edib, önünə tər gül-çiçək dəstələri düzüblər.

Ümummilli Lider Heydər Əliyevin və torpaqlarımızın bütövlüyü uğrunda  canından keçmiş şəhidlərimizin ruhu bir dəqiqəlik sükutla yad edilib.

Sonra bayram tonqalını alovlandırıb.                  

Tədbir iştirakçıları bayram münasibətilə təşkil edilmiş əl işləri və xalq sənətkarlığı nümunələrindən ibarət sərgi ilə tanış olublar. Bayram şənliyində milli adət və ənənələrimiz nümayiş etdirilib, Novruzun personajları olan Kosanın və Keçəlin məzhəkəli oyunları, gənc idmançıların çıxışları maraqla qarşılanıb. Dədə Qorqudla Bahar qız şənlik iştirakçılarına xoş arzularını çatdırıb, elimizə, obamıza sülh, əmin-amanlıq diləyiblər.      

Bayram tədbiri Bərdə Regional Mədəniyyət İdarəsinin Tərtər nümayəndəliyi tərəfindən hazırlanan tanınmış mədəniyyət və incəsənət nümayəndələrinin təqdim etdikləri geniş konsert proqramı ilə davam etdirilib.