Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Bərdə Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

Yevlax rayon Aran qəsəbə uşaq musiqi məktəbinin kollektivi 18 May Beynəlxalq Muzeylər günü münasibəti ilə Yevlax şəhər Heydər Əliyev Mərkəzini ekskursiya ediblər

18.05.2023

Yevlax rayon Aran qəsəbə uşaq musiqi məktəbinin kollektivi 18 May Beynəlxalq Muzeylər günü münasibəti ilə Yevlax şəhər Heydər Əliyev Mərkəzini ekskursiya ediblər.
Əvvəlcə Ulu Öndər Heydər Əliyevin abidəsi ziyarət olunub, önünə gül dəstələri qoyularaq əziz xatirəsi ehtiramla yad edilib.
Məktəbin kollektivinə müstəqil Azərbaycan dövlətinin memarı, Ümummilli Lider Heydər Əliyevin zəngin həyat yolu və müstəsna fəaliyyəti haqqında geniş məlumat verilib, eksponat, fotoşəkil və kitablarla tanış olublar. 
Sonda məktəbin direktoru Şakir Qədirov mərkəzin rəhbərliyinə və əməkdaşlarına kollektivin adından təşəkkürlərini bildirib.