Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Bərdə Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

Beynəlxalq Muzeylər Günü Mingəçevirdə təntənə ilə qeyd olunub.

18.05.2023

Bərdə Regional Mədəniyyət İdarəsinin təşkilatçılığı ilə 18 may - Beynəlxalq Muzeylər Günü münasibətilə Mingəçevir şəhər Heydər Əliyev Mərkəzində tədbir keçirilib. Tədbirdə "Heydər Əliyev ili" çərçivəsində təşkil edilən  “Ümummilli lider Heydər Əliyev və Azərbaycan mədəniyyəti 100” adlı foto sərgiyə, həmçinin Əməkdar rəssam Mübariz Əkbərovun metalişləmə sənəti nümunələrindən ibarət səriyə baxış keçirilib.

Tədbirin davamında muzeylərin xalqının tarixinin, milli-mənəvi sərvətlərinin qorunub saxlanılmasında, onun tədqiqi və təbliğində müstəsna rol oynadığından bəhs edilib, Ulu öndər Heydər Əliyevin bu sahənin inkişafındakı müstəsna xidmətləri barədə məlumat verilib. Vurğulanıb ki, bu missiya hazırda Heydər Əliyev ideyalarına sədaqətlə xidmət edən ölkə başçısı tərəfindən uğurla davam etdirilir.

Tədbir yerli incəsənət ustalarının çıxışları ilə davam etdirilib.

Qeyd edək ki, bu əlamətdar tarixlə əlaqədar Mədəniyyət Nazirliyinin tabeliyində fəaliyyət göstərən muzeylərdə “açıq qapı günü” elan olunub. Vətəndaşlar və ölkəmizin qonaqları ödənişsiz olaraq muzeyləri ziyarət etmək imkanı əldə edirlər.