Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Bərdə Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

Yevlax şəhər Heydər Əliyev Mərkəzində ”Ailədaxili zorakılığa yox deyək” adlı seminar keçirilib

23.05.2023

Bərdə Regional Mədəniyyət İdarəsi Yevlax şəhər Heydər Əliyev Mərkəzində "Ailədaxili zorakılığa yox deyək" adlı seminar keçirilib. 
Seminarı Mərkəzin direktoru Aygün Qasımiva aparıb. Seminarda  iştirak etmək üçün şəhər məktəblərinin yuxarı sinif şagirdləri dəvət olunublar. Maarifləndirici tədbirə Ulu Öndər Heydər Əliyevin sözləri ilə başlanılıb: "Bir hadisənin qarşısını almaq, o hadisə baş verəndən sonra onun nəticələrini aradan götürməkdən daha asandır". Sonra şagirdlərə ailədaxili zorakılığın sonraki fəsadları, ailədə böyüyən uşaqlara psixoloji  təsirləri barədə ətraflı məlumat verilib. Seminarın sonunda məktəblilər mövzu ilə bağlı öz fikirlərini bildiriblər.