24.05.2023
Mədəniyyət Nazirliyinin dəstəyi, Bərdə Regional Mədəniyyət İdarəsinin təşkilatçılığı ilə Mayın 24-də Yevlax şəhər Mədəniyyət Mərkəzinin filialı şəhər Yaradıcılıq evində Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 100 illiyi münasibətilə Cəfər Cabbarlı adına İrəvan Dövlət Azərbaycan Dram Teatrının hazırladığı “Nurlu ömrün anları” tamaşası rayon ictimaiyyətinə təqdim olunub.
Tamaşanın quruluşçu rejissoru, rəssamı və musiqi tərtibatçısı İftixar Piriyevdir. Səhnə əsəri teatrsevərlər tərəfindən maraqla qarşılanıb.