Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Bərdə Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

Bərdədə “Nurlu ömrün anları” tamaşası nümayiş etdirilib

26.05.2023

Cəfər Cabbarlı adına İrəvan Dövlət Azərbaycan Dram Teatrının aktyorları Ümummilli lider Heydər Əliyevin anadan olmasının 100 illiyi münasibətilə Bərdə rayon Mədəniyyət Mərkəzində Əməkdar Mədəniyyət işçisi, şair-dramaturq İftixar Piriyevin müəllifi olduğu “Nurlu ömrün anları” tamaşasını oynayıblar.

Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin zəngin və mənalı həyatına, onun siyasi fəaliyyətinə, azərbaycançılıq, dövlətçilik məfkurəsinə həsr olunan “Nurlu ömrün anları” tamaşası izləyicilər tərəfindən böyük diqqət və maraqla qarşılanıb.