24.11.2017
Azərbaycan Respublikasının Mədəniyyət və Turizm Nazirliyinin 11 aprel 2016-cı il tarixli 127 nömrəli əmri ilə “Şəhər (rayon) mərkəzləşdirilmiş kitabxana sistemlərinin fəaliyyətinin təkmilləşdirilməsinə, işlərinin optimallaşdırılmasına dair 2016-2018-ci illər üzrə Tədbirlər Planı” nın icrası ilə əlaqədar Ağcabədi MKS-də Səyyar kitabxana xidməti fəaliyyətə başlamışdır. Bu tədbirin digər bir hədəfi rayon sakinlərinin, gənclərin və təqaüdçülərin asudə vaxtının səmərəli təşkili, istirahət saatlarının mənalı keçirilməsi, kitabın təbliği və kitabxanalara daha çox oxucu cəlb edilməsini təmin etməkdir. Bu məqsədlə 23 noyabr 2017-ci il tarixdə Ağcabədi Regional Mədəniyyət və Turizm İdarəsinin nəzdində olan Ağcabədi rayon MKS-in oxuculara xidmət şöbəsinin əməkdaşları şəhər Mərkəzi xəstəxanasında səyyar kitabxana xidməti təşkil edib.. Xidmət zamanı kitabxanaya daxil olan yeni nəşrlərdən, həmçinin tibbə aid kitablar nümayiş olunub. Təşkil olunmuş səyyar kitabxana tibb işçiləri tərəfindən böyük maraqla qarşılanıb və bir qrup tibb işçisi kitabxanaya üzv yazılıb.Xüsusi ilə milli-mənəvi dəyərlərimizə, mədəniyyətimiz və xalq ədəbiyyatımıza, müasir Azərbaycan tarixinə və dövlət quruculuğuna dair kitablardan təşkil olunmuş səyyar kitabxana xidmətinin fəaliyyətinin daha da genişləndirilməsi nəzərdə tutulmuşdur.