Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Qarabağ Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

Ağcabədi rayon MKS Mehdi İbadovla görüş keçirib

03.12.2017

3 dekabr Beynəlxalq Əlillər günü münasibəti ilə Ağcabədi rayon MKS-in Kəbirli kənd kitabxana filialının işçiləri 85 yaşlı, uzun müddət Kəbirli kənd orta məktəbində Tarix müəllimi işləmiş Mehdi İbadovla görüş keçirib, ona kitabxana xidməti göstəriblər. Bakı şəhərindən dayısını yoxlamaq üçün gələn Mehdi müəllimin bacısı oğlu Allahverdi Salahov kitabxananın bu təşəbbüsünü alqışladı. Mədəniyyətin kəndlərdə bu qədər inkişafına çox sevindi və bu tədbiri təşkil edənlərə öz minnətdarlığını bildirdi.