Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Qarabağ Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

Heydər Əliyev Mərkəzində film nümayişi davam edir

05.12.2017

Ağcabədi Regional Mədəniyyət və Turizm Idarəsinin tabeliyində olan Ağcabədi rayon Heydər Əliyev Mərkəzində film nümayişi davam edir .
Ağcabədi rayon Heydər Əliyev Mərkəzində "Azərbaycanda Milli Kino günü" çərçivəsində 04 dekabr 2017-ci il tarixdə sənədli film nümayiş olunmuşdur. 
Hacıbədəlli kənd Uşaq Musiqi Məktəbinin şagirdlərinin iştirak etdiyi film nümayişində Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyinin sifarişi ilə çəkilmiş “Azərbaycanın Milli Qəhrəmanları – Çingiz Babayev” sənədli filmi nümayiş olunmuşdur.
Ağcabədi rayon Heydər Əliyev Mərkəzində müntəzəm olaraq təşkil olunan film nümayişləri 25 dekabr 2017-ci il tarixədək davam edəcəkdir.