Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Qarabağ Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

Ağcabədi rayon Heydər Əliyev Mərkəzində anım tədbiri

12.12.2017

Ümummilli Lider Heydər Əliyevin vəfatının 14-cü ildönümü ilə əlaqədar olaraq Ağcabədi rayon Heydər Əliyev Mərkəzində anım tədbiri keçirilmişir. Ağcabədi rayon İcra Hakimiyyəti Aparatının, idarə, müəssisə və təşkilatların, hüquq mühafizə orqanlarının, rayon ziyalılarının və ictimaiyyət nümayəndələrinin iştirak etdiyi tədbirdə öncə Ulu Öndərin Heydər Əliyev Mərkəzindəki büstünün qarşısına gül dəstələri qoyulmuşdur. Daha sonra Mərkəzdə fəaliyyət göstərən “Həvəskar aktyorluq və bədii qiraət dərnəyi”nin üzvlərinin təqdimatında ekspozisiya zalında yerləşən eksponantlar əsasında Ulu Öndərin həyat və fəaliyyətindən bəhs edən ədəbi-bədii kompozisiya nümayiş etdirilmiş, Hacıbədəlli kənd Musiqi Məktəbinin xor kollektivinin ifasında “Xalq Heydər Söyləyəcək” mahnısı səsləndirilmişdir.Tədbir Dahi Lider Heydər Əliyevin gənc zabitlərlə görüşü zamanı səsləndirdiyi vida nitqini əks etdirən video roliklə başa çatmışdır