Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Qarabağ Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

Ağcabədi Regional Mədəniyyət və Turizm İdarəsinin 2017-ci ilin yekununa dair müşavirəsi

22.12.2017

Ağcabədi Regional Mədəniyyət və Turizm İdarəsinin yaranmasının I illiyi və  2017-ci ilin yekunlarına dair Regionu əhatə edən mədəniyyət müəssisələrinin iştirakı ilə Ağcabədi rayon Tarix Diyarşünaslıq muzeyində 22.12.2017-ci il tarixdə  geniş müşavirə keçirilmişdir. Müşavirədə Ağcabədi Regional Mədəniyyət və Turizm İdarəsinin rəisi Rza Quluyev çıxış edərək il ərzində görülən işlər haqqında geniş məlumat verdi. 
Yeni yaradılmış Regionun internet səhifəsi haqqında müşavirə iştirakçılarına məlumat vermiş və həmin saytın məlumat bazasının mütəmadi olaraq zənginləşdirilməsi, yeni məlumatların sayta daxil edilməsi üçün müşavirədə iştirak edən müəssisə rəhbərlərinə tapşırıqlar verdi.
Müşavirə iştirakçıları  yekunda əsaslı təmirdən çıxmış noyabr ayının 28-də Cənab Prezident İlham Əliyev tərəfindən açılışı olmuş Ağcabədi rayon Tarix Diyarşünaslıq muzeyinin bütün otaqlarına baxış keçirilmiş, muzeydə sərgilənən eksponadlarla yaxından taniş olmuşdurlar.