Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Qarabağ Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

Ağdam rayon Rahib Məmmədov adına Döyüş Şöhrəti Muzeyi və Ağdam Tarix-Diyarşünaslıq Muzeyinin birgə təşkilatçılığı ilə, ”Biz, sizdən öyrəndik qəhrəmanlığı” adlı onlayn tədbir keçirildi

07.05.2021

07 May  2021-ci il tarixdə, 1941-1945 Faşizm üzərində qələbənin 76-cı ildönümü münasibətilə,  "Biz sizdən öyrəndik qəhrəmanlığı" adlı onlayn tədbir keçirildi.

Tədbir, Ağdam rayon Rahib Məmmədov adına Döyüş Şöhrəti və Ağdam Tarix-diyarşünaslıq muzeyinin birgə təşkilatcılığı ilə keçirildi.

Tədbirdə Laçın rayon Tarix-Diyarşunaslıq, Cəbrayıl rayon Tarix-Diyarşunaslıq,Akstafa rayon Tarix-diyarşünaslıq muzeyi,Gədəbəy rayon Tarix-diyarşunaslıq muzeyi, Bərdə rayon Tarix-diyarşunaslıq muzeylərinin əməkdaşları iştirak etdilər. Tədbiri giriş sözüylə, Rahib Məmmədov adına Döyüş Şöhrəti muzeyinin direktoru Sahib Məmmədov acaraq, ilk növbədə 1941-45 ci il və Azərbaycanın mustəqilliyi uğrunda canından kecən Vətən oğullarının xatirəsin bir dəqiqəlik sükutla yad edilməsini xahiş etdi və Böyük Vətən müharibəsi haqqında geniş məlumat verdi.

Sonra, çıxış ücün soz Ağstafa TDŞ muzeyinin direktoru Yeganə Məmmədovaya,

Gədəbəy TDŞ muzeyinin direktoru Afət Bağırovaya, Ağdam TDŞ muzeyinin direktoru Ulvi Qədirova verildi. Çıxış edənlər, hər biri ayrı-ayrılıqda, faşizm üzərində qələbənin Azərbaycan xalqının igid qəhrəman oğul və qızlarının, Bakı neftçilərinin əməyi sayəsində  qələbə ilə başa çatmasından danışdılar.