Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Qarabağ Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

Ağcabədi şəhər 1 saylı tam orta məktəbin müəllim və şagirdləri Ağcabədi Tarix-Diyarşünaslıq Muzeyində olublar.

26.12.2017

Təmir bərpa işlərindən sonra yenidən istifadəyə verilən Ağcabədi Tarix-Diyarşünaslıq Muzeyi məktəblilərin böyük marağına səbəb olub. Məktəblilər burada nümayış etdirilən eksponatlarla yaxından tanış olub, rayonumuz haqqında ətraflı məlumat əldə ediblər. Muzeylə tanışlıqdan sonra Ağcabədi şəhər 1 saylı  tam orta məktəbin direktoru Səadət Kazımova və şəhər 1 saylı  tam orta məktəbin müəllimləri Validə Nuriyeva və Ülviyyə Əliyeva  öz ürək sözlərini bildirərək onlar üçün yaradılan bu yüksək şəraitə görə Ölkə Başçısı İlham Əliyev cənablarına və Mədəniyyət və Turizm Naziri cənab Əbulfəs Qarayevə öz dərin minnətdarlıqlarını bildiriblər.