Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Qarabağ Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

Ağcabədi Şəhər uşaq musiqi məktəbinin Yeni il tədbiri

01.01.2018

01 yanvar 2018-ci il tarixdə Ağcabədi rayon  Y. Məmmədov adına Mədəniyyət Mərkəzində 31 dekabr Dünya Azərbaycanlılarının həmrəylik günü və Yeni il bayramı münasibətilə Ağcabədi Şəhər uşaq musiqi məktəbinin "Aran" ansamblının müəllim və şagird kollektivi rayonun 3 ümumtəhsil məktəbinin şagirdləri üçün ümunəvi,musiqili konsert proqramı il çıxış etmişdir. Çıxış zamanı məktəbin V sinif şagirdi Muradov Nihatın oxuduğu xalq mahnıları tamaşaçılar tərəfindən çox bəyənildi.Məktəbin şagirdlərinin hazırladıqları Bayraq rəqsi,nağıllardan hazırlanan səhnəciklər,rəngarəng mahnılar,Şaxta baba və Qar qız hamının rəğbətinə səbəb oldu.Konsertdə məktəbin ansamblı öz gözəl ifaları ilə tamaşaçıların alqışını qazandı.Məktəbin Nağara qrupunun ifası da tamaşaçıların gurultulu alqışına səbəb oldu.