Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Qarabağ Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

Ağcabədi Şəhər uşaq musiqi məktəbinin N saylı hərbi hissədə yeni il bayramı münasibətilə bayram tədbiri

31.12.2017

Ağcabədi  Şəhər uşaq musiqi məktəbinin "Aran" ansamblının və müəllim,şagird kollektivi  31dekabr 2017 ci il tarixdə , Ağcabədi  rayon ərazisində yerləşən N saylı hərbi hissədə Dünya Azərbaycanlılarının həmrəylik günü və yeni il bayramı münasibətilə hərbi hissənin əsgər və zabit  heyyəti qarşısında nümunəvi musiqili konsert proqramı ilə çıxış etmişdir. Çıxış zamanı məktəbin V sinif şagirdi Ömərzadə Çinarənin çıxışı bəyənilmiş , dəfələrlə səhnəyə dəvət edilmişdir. Məktəbin şagirdlərinin hazırladıqları Bayraq rəqsi hamının rəğbətinə səbəb olmuşdur. Konsertdə məktəbin ansamblı öz gözəl ifaları ilə tamaşaçıların alqışını qazandılar.Məktəbin Nağara qrupunun ifası da tamaşaçıların çox xoşuna gəldi. N saylı hərbi hissənin komandiri gözəl çıxışına görə məktəbin kollektivinə öz təşəkkürünü bildirərək Fəxri Fərmanla təltif etdi.