Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Qarabağ Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

Ü.Hacıbəyli adına Ağcabədi şəhər uşaq incəsənət məktəbinin hazırladığı “Qış Nağılı”

02.01.2018

Ağcabədi Regional Mədəniyyət və Turizm İdarəsinin Ağcabədi rayonunu əhatə edən musiqi və incəsənət məktəblərinin az yaşlı məktbəlilərin bayram tətilini səmərəli və maraqlı keçirmək məqsədilə təşkil etdiyi silsilə tədbirlər davam edir.02 yanvar 2018-ci il tarixdə Ü.Hacıbəyli adına Ağcabədi şəhər uşaq incəsənət məktəbinin Y.Məmmədov adına Mədəniyyət Mərkəzində təşkil etdiyi mötəşəm tədbir uğurla başa çatdı.Tədbirdə rayon İcra hakimiyyətinin səlahiyətli nümayəndələri ,rayon Təhsil idarəsinin müdiri eləcə də təhsil və musiqi məktəblərinin direktorları və az yaşlı məktəblilər iştirak etdi.Tədbir dövlət himni ilə başladı, daha sonra incəsənət məktəbinin şagirdlərinin hazırladıqları “Qış Nağılı” kompozisiyası start götürdü.Balaca dovşanın və ayının maceraları məktəblilər tərəfindən həyacan və sevinclə qarşlandı.Ayrıca İncəsənət məktəbinin rəqs müəllimlərinin hazırladıqlar və tələbələrin həyata keçirdiyi bir birindən gözəl rəqslər izləyicilərin alqışlarına səbəb oldu.Tədbir Azərbaycan dövlət televiziyası   və yerli çəkiliş qruppaları tərəfindən video qeydə alındı.Ayrıca tədbirdə bir neçə xəbər informasiya saytları tərəfindən foto çəkilişlər edildi.