Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Qarabağ Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

03 yanvar 2018-ci il tarixdə Ağcabədi rayon Hacıbəbədəlli kənd uşaq musiqi məktəbinin yeni il tədbiri

03.01.2018

Ağcabədi Regional Mədəniyyət və Turizm İdarəsinin Ağcabədi rayonunu əhatə edən musiqi və incəsənət məktəblərinin az yaşlı məktbəlilərin bayram tətilini səmərəli və maraqlı keçirmək məqsədilə təşkil etdiyi silsilə tədbirləri Ağcabədi rayon Hacıbəbədəlli kənd uşaq musiqi məktəbinin təşkil etdiyi konsret proqramı ilə başa çatdı.03 yanvar 2018-ci il tarixdə Ağcabədi rayon Hacıbəbədəlli kənd uşaq musiqi məktəbinin Y.Məmmədov adına Mədəniyyət Mərkəzində təşkil etdiyi yeni il və Dünya Azərbaycanlılarının Həmrəylik günü münasibəti ilə konsret proqrami həyata keçirdi.Tədbirdə rayon İcra hakimiyyətinin səlahiyətli nümayəndələri ,rayon Təhsil idarəsinin müdiri eləcə də təhsil və musiqi məktəblərinin direktorları və az yaşlı məktəblilər iştirak etdi.Tədbir dövlət himni ilə başladı, daha sonra Ağcabədi rayon Hacıbəbədəlli kənd uşaq musiqi məktəbinin məktəbinin şagirdlərinin hazırladıqları bayram konserti öz rəngarəng ifaları və folklordan ibarət səhnələri ilə davam etdi.Şagirdlərin hazırladıqları folklor və şer parçaları məktəblilər tərəfindən həyacan və sevinclə qarşlandı.Eyni zamanda tədbirdə müəllimlər və şagirdlərdən ibarət səs ifaçıları gözəl,şən ritmik musiqiləri ilə qonaqları rəqsə dəvət etdi .Tədbir yerli çəkiliş qruppaları tərəfindən video qeydə alındı.Ayrıca tədbirdə bir neçə xəbər informasiya saytları tərəfindən foto çəkilişlər edildi.Sonda qonaqlarla birlikdə xatirə şəkilləri çəkildi.