Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Qarabağ Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

Ağcabədi rayonunun Hindarx qəsəbə kulubları və kitabxanasının 20 yanvar tədbiri

18.01.2018

Bu gün Ağcabədi Regional Mədəniyyət və Turizm İdarəsinin Ağcabədi rayonunun Hindarx qəsəbə  kulubları və kitabxanası 20 yanvar şəhidlərinin anım günü ilə əlaqədar tədbir keçirdi. Tədbir Hindarx qəsəbəsində yerləşən  şəhidlər xiyabanında keçirildi .Tədbirdə qəsəbənin icra nümayəndəliyi ,ümumi təhsil məktəbi ,musiqi məktəbi , qəsəbə bələdiyyəsi və qəsəbənnin ziyalı şəxsləri iştirak etdilər. İlk öncə 20 yanvar şəhhidlərinin abidəsi önünə çiçəklər qoyuldu ,şəhidlərin ruhu bir dəqiqəlik sükutla yad edildi   , daha sonra isə şəhidlər haqqında çəkilmiş fofolara baxıldı.Tədbiri Hindarx qəsəbəsinin kulub müduri “Azadlıq qan ilə alınır” şeri ilə açıq elan elədi .Tədbirdə icra nümayəndəsi və məktəb direktorları çıxış etdilər .Sonra o hadisələrin canlı şahidi olan Kəmalə müellimə o zaman baş vermiş faciədə  gördükləri haqqında danışdı .Məktəblilər şerlər  söylədilər və bir ana bacının şəhidlərin ruhuna üz tuturuq kompozisiyası təqdim olundu. Bu gün hər bir Azərbaycanlı şəhidlərin ruhu qarşısında baş əyir. Şəhidlər xiyabanı and yerimiz ,ziyarət yerimizdir.Tədbir Xəlil Rza Ulutürkün ,Qalx ayağa Azərbaycan şeri ilə sona çatdı