Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Qarabağ Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

Ağcabədi rayonunda 2 Fevral “Gənclər Günü” münasibətilə ümumrayon bayram tədbiri keçirilmişdir.

01.02.2018

01 Fevral, 2018-ci ildə Ağcabədi rayonunda 2 Fevral “Gənclər Günü” münasibətilə ümumrayon bayram tədbiri keçirilmişdir. Tədbir 11-00 – da başlamışdır. Tədbirdə Ağcabədi rayon rəhbərliyi, ziyalılar, gənclər, tələbələr və rayon ərazisində yerləşən “N” saylı hərbi hissənin əsgər va zabitləri iştirak etmişlər. Tədbir iştirakçıları ilk öncə Ulu Öndər Heydər Əliyevin adibəsinin üzərinə  tər çiçəklər düzərək onun əziz xatirəsini yad etmişlər. Daha sonra tədbir “Qızıl Saray” şadlıq evində davam etmişdir. Tədbir Azərbaycanın Dövlət Himninin səslənməsi ilə başlamışdır. Tədbirin aparıcısı, Ağcabədi Mədəniyyət Mərkəzinin əməkdaşı AYB-in üzvü, şair Gündüz Sevindik tədbir iştirakçılarını salamlamış, əlamətdar bayram günü münasibətilə onların hər birini təbrik etmiş, Ağcabədi rayon rəhbərliyinin Ağcabədi gəncliyinə göstərdiyi xüsusi diqqət və qayğıdan danışmışdır. Tədbirdə çıxış edən Ağcabədi rayon İcra Hakimiyyətinin başçısı cənab Şahin Məmmədov 2 Fevral “Gənclər Günü” bayramı münasibətilə gəncləri təbrik etmiş, vətənimizin çiçəklənməsi naminə onlara öz fəaliyyətlərində uğurlar arzulamışdır.  Daha sonra çıxış edən Ağcabədi rayon Gənclər və İdman İdarəsini rəisi R.Quliyev, şəhər 3 saylı məktəb-liseyin İngilis dili müəllimi F.Əlizadə, İdmanın Karate-do növü üzrə II dan qara kəmər sahibi C.Abdullayev ölkə rəhbərinin Azərbaycan gənclərinə, Azərbaycan gəncliyinə olan xüsusi diqqət və qayğısından söz açmışlar. Bayram tədbirində rayonun ictimai-siyasi həyatında, habelə idman sahəsində əldə etdikləri uğurlara görə 17 nəfər gəncə Ağcabədi rayon İcra Hakimiyyəti Başçısının və Ağcabədi rayon Gənclər və İdman İdarəsinin Fəxri Fərmanları və digər qiymətli hədiyyələri təqdim olunmuşdur. Tədbirin bədii hissəsi Ağcabədi Regional Mədəniyyət və Turizm İdarəsinin tabeliyində olan Ağcabədi Şəhər Uşaq Musiqi Məktəbinin musiqili kollektivinin hazırladığı konsert proqramı ilə davam etmişdir. Ü.Hacıbəyli adına Ağcabədi şəhər Uşaq İncəsənət Məktəbinin birləşmiş rəqs kollektivlərinin təqdim etdiyi rəngarəng rəqs nömrələri, müğənnilərdən – Qarabağ Muğam Mərkəzinin gənc ifaçıcı Nəcibə Məmmədova, Şəhər Uşaq Musiqi məktəbinin gənc xanəndələri Çinarə Ömərzadə, Nihad Muradlı, digər gənc müğənnilərdən Suliddin Mirzəyev, Dünyamin Həsənov, Arzu Abbasov və Cavanşir Əliyevin ifa etdikləri gəncliyimizi, dövlətimizi, dövlətçiliyimizi tərənnüm edən şən, əsl-bayram ovqatlı mahnılar tədbir iştirakçıları tərəfindən alqışlarla qarşılanmışdır. Tədbirdə 500 nəfər iştirak etmişdir. Tədbir 2 saat davam etmişdir.