Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Qarabağ Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

“Gənclər Günü” münasibətilə Ağcabədi rayon ərazisində yerləşən “N” saylı hərbi hissədə bayram tədbiri keçirilmişdir.

01.02.2018

01 Fevral, 2018-ci il, saat 15-00 – da 2 Fevral “Gənclər Günü” münasibətilə Ağcabədi rayon ərazisində yerləşən “N” saylı hərbi hissədə təntənəli bayram tədbiri keçirilmişdir.  Tədbir Azərbaycan Respublikası Gənclər və İdman Nazliyi və Ağcabədi rayon İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə baş tutmuşdur. Bayram tədbirində Gənclər və İdman Nazirliyinin, Ağcabədi rayon İcra Hakimiyyətinin əməkdaşları, hərbi hissənin şəxsi heyəti, orta məktəb kollektivləri, tədbirə dəvət olunmuş gənc müğənnilər və Ağcabədi Regional Mədəniyyət və Turizm idarəsinin tabeliyində olan musiqi məktəbləri və rəqs kollektivləri  iştirak etmişdir. Tədbir Azərbaycan Respublikasının Dövlət Himninin səslənməsi ilə başlamışdır. Tədbiri giriş sözü ilə açan hərbi hissə rəhbərliyi tədbirdə iştirak edən bütün qonaqları salamlamış, tədbir iştirakçılarını və şəxsi heyəti 2 Fevral “Gənclər” günü münasibətilə təbrik etmişdir. Çıxış edənlərdən Ağcabədi rayon İcra Hakimiyyəti Başçısının müavini, İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Naibə Mustafayeva da hərbi hissəsinin əsgər, gizir və zabit heyətinin əlamətdar bayram günü münasibətilə təbrik etmişdir. Tədbirdə hərbi xidmətində fəal olan bir qrup əsgər və zabitlərə Azərbaycan Respublikası Müdafiə Nazirliyinin, Ağcabədi rayon İcra Hakimiyyəti Başçısının  və Ağcabədi Gənclər və İdman İdarəsinin təsis etdiyi Fəxri Fərmanlar və Diplomlar təqdim olunmuşdur. Daha sonra tədbirin bədii hissəsi Üzeyir Hacıbəyli adına Ağcabədi şəhər Uşaq İncəsənət məktəbinin təqdim etdiyi geniş, rəngarəng konsert proqramı ilə davam etmişdir. İncəsənət məktəbinin rəqs kollektivlərinin nümayiş etdirdikləri gözəl, baxımlı rəqs nümunələri, müğənnilərdən Arzu Abbasov, Nəcibə Məmmədovanın, habelə gənc müğənnilərdən – Əlfəddin Kərimov, Nərgiz Təhmazi, Aynur Əliyeva, Ceyhun Rüstəmxanlı, Mədinə Əsgərova, Nəcəf Nəcəfquluzadə və Sənan Nurun gəncliyimizi, dövlətçiliyimizi tərənnüm edən şən, oynaq, bayram abu-havalı mahnılar tamaşaçılar və hərbi hissənin şəxsi heyəti tərəfindən sürəkli alqışlarla qarşılanmışdır. Tədbirdə 5000 nəfər iştirak etmişdir. Bayram tədbiri 3 saat davam etmişdir.