Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Qarabağ Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

2 fevral gənclər günü ilə əlaqdar Ağdam rayon Mərkəzləşdirilmiş Kitabxana Sistemində tədbir keçirildi.

02.02.2018

02.02.2018-cı il tarixdə  Ağdam rayon MKS-nin  Mərkəzi  kitabxanasında 2 fevral Gənclər günü münasibətilə tədbir keçirildi.

         Tədbiri giriş sözü ilə MKS-nin şöbə müdiri Hüseynova Həqiqiət açıb qeyd etdi ki, 1997-ci ildən 2 fevral Gənclər günü kimi təsis olunmuşdur. İntelektili , vətənpərpərvər və geniş dünyagörüşə malik gənc nəsilin yetişdirilməsi hər bir bir ölkənin gələcək inkişafı üçün vacib şərtdir. Bu gün rayonumuzda gənclər  onlara göstərilən dövlət qayğısını bütün sahələrdə hiss edirlər.  Azərbaycanın tarixində gənclərimiz həmişə özünəməxsus rol oynamışdır. Ulu öndərimiz , ümummilli liderimiz Heydər Əliyev demişdir ki, bizim bugünkü gəncliyimiz sağlam düşüncəli gənclikdir, vətənpərvər  gənclikdir, xalqını, millətini sevən gənclikdir. Sonda MKS-nin oxu zalının müdiri Tünzalə Ələkbərova əsasını ümummilli liderimiz Heydər Əliyevin qoyduğu gənclər siyasətinin bu gün onun layiqli davamçısı Azərbaycan Respubilkasının Prezidenti İlham Əliyev tərəfindən uğurla davam etdirilməsindən danışdı.