Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Qarabağ Regional Mədəniyyət İdarəsi

Tabe təşkilatlar
|

Bərdə rayon Qəhrəmanlı kənd 9 saylı kitabxana fialı

9 saylı Qəhrəmanlıi kənd kitabxana filialı 1963- cü ildən fəaliyyət göstərir. Kitabxananın fondunda 12205 nüsxə ədəbiyyat toplanmışdır. Həmin ədəbiyyatın 12029 nüsxəsi Azərbaycan dilində, 176 nüsxəsi xarici dillərdədir. Kitabxananın oxucularının sayı 755 nəfərdir. Kitabxananın yerləşdiyi ərazidə əhalinin əksəriyyəti əkinçilik və maldarlıqla məşğuldur. Mövsümlə əlaqədar olaraq kənd təsərrüfatı ilə məşğul olan əhaliyə kitabxana xidməti işini təşkil etmək üçün “Əkinçilik mədəniyyəti”, “Bitkilərin zərərvericilərdən qorunması” və s. mövzularda məlumat bülletenləri hazırlayır. Əhalinin asudə vaxtının təşkili və kitab təbliği məqsədi ilə əlaqədar müxtəlif məzmunlu tədbirləri hazırlayıb keçirir. Keçirilən tədbirlərin içərisində hər həftə keçirilən ucadan oxular xüsusi əhəmiyyət daşıyır və uşaqlarda kitaba maraq oyadır.

Ünvan:
Bərdə rayon Qəhəmanlı kəndi