Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Qarabağ Regional Mədəniyyət İdarəsi

Tabe təşkilatlar
|

Bərdə rayon Mədəniyyət Mərkəzi

Bərdə rayon Mədəniyyət Mərkəzi həmişə olduğu kimi inkişafa doğru fəaliyyətilə bu gün də öndə gedən nümunəvi təşkilatlardandır. Onu da qeyd edək ki, rayonda son illər gedən quruculuq işləri hər bir Bərdəlinin ürəyincədir. Salınan yeni-yeni park və xiyabanlar göz oxşayır. Son illər siması çox dəyişən Bərdəm yenə də mədəniyyətlər mərkəzidir.

Aparılan abadlıq və bərpa işləri arasında mədəniyyət müəssisələrinin, eləcə də əhalinin asudə vaxtlarının təşkilinə yönələn layihələrin sayının ildən-ilə artması hər bir bərdəlini fərəhləndirir. Onlardan rayon mərkəzində yerləşən “Nüşabə” parkı, Bayraq meydanı, Qəhrəmanlar parkını və xüsusilə 47 hektar ərazidə yerləşən ümummilli liderimiz Heydər Əliyevin adını daşıyan park-bulvarı göstərə bilərik.

2017-ci ilin on bir ayında Mədəniyyət Mərkəzinin hazırladığı təqvim planı rəngarəng və maraqlı olub. Belə ki, istər dövlət tədbirləri, milli bayramlar, istərsə də əhalinin asudə vaxtı yüksək səviyyədə təşkil olunub. Ölkə başçısı cənab İlham Əliyevin həyata keçirdiyi islahatlara uyğun dövlət proqramları dəyirmi masalarda müzakirə olunaraq əhali arasında maarifləndirmə işləri aparılıb.

Bərdə rayon Mədəniyyət Mərkəzi həm rayon, həm də region tipli tədbirlərin təşkilində ev sahibliyi edir. Mərkəzin 400 yerlik zalı konsert və tamaşaların keçirildiyi məkan kimi təqdirəlayiqdir.

Mədəniyyət Mərkəzində fəaliyyət göstərən “Qarabağ” ansamblı 1991-ci ildən Xalq adını daşıyır. Ansambl əlamətdar günlərlə, tarixi hadisələrlə əlaqədar və milli bayramlarda, eləcə də yubiley və başqa tədbirlərdə də iştirak edir. Ansambl rayonda yerləşən “N” saylı hərbi-hissələrdə, Hərbi-Korpusda və Daxili Qoşunların ”N” saylı Hərbi-hissəsində müntəzəm olaraq əsgər və zabit heyəti qarşısında maraqlı konsert proqramları ilə çıxış edərək onların mədəni istirahətini yüksək səviyyədə təşkil edir.

Ansambl eyni zamanda mədəni-hamilik və hərbi vətənpərvərlik tərbiyyəsi ilə bağlı olaraq çağırışçı gənclərin hərbi xidmətə yolasalma mərasimində yeniyetmə və gənclərin mədəni istirahətini də təşkil edir.

Mədəniyyət  Mərkəzində ikinci bir xalq adını daşıyan (1981-ci il) kollektiv də var: Xalq Teatrı.Teatrın zəngin repertuar planı var.

Mədəniyyət Mərkəzində bu iki Xalq kollektivindən başqa 2 dərnək də fəaliyyət göstərir. “Rəqs dərnəyi”, “Təsviri-incəsənət dərnəyi”.

Ünvan:
Bərdə şəhər Heydər Əliyev prospekti 100
Telefon:

+994-205-23-43

Fax:

+994-205-03-00

E-mail:

berde.mm@mail.ru