Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Qarabağ Regional Mədəniyyət İdarəsi

Tabe təşkilatlar
|

Tərtər rayon Mərkəzi Kitabxana Sistemi

Tərtər rayon MKS 1982-ci ildən  təşkil edilmişdir.  Tərtər  şəhəri, Heydər Əliyev prospekti 48 ünvanda yerləşir. Hazırda MKS-nin tərkibində 1 mərkəz, 1 şəhər, 39 kənd kitabxana filialı fəaliyyət göstərir. 102 nəfər kitabxana işçisi çalışır. MKS də Uşaq şöbəsi, Metodika biblioqrafiya, Komplekləşdirmə və kitabişləmə, Oxuculara xidmət, İnformasiya – resurs şöbələri təşkil olunmuşdur. MKS-nin kitab fondunda 194700 nüsxə kitab komplekləşdirilmişdir. 21000 Uşaq ədəbiyyatı, 87000 latın qrafikalı kitablar, 1300 ədəd elektron nəşrlər oxucuların istifadəsinə verilmişdir. Kitabxana fondunun zənginləşdirilməsinə mütamadi nəzarət olunur. Oxucuların kitabxanalara cəlb edilməsi üçün şərait yaradılır. MKS rayon əhalisi ilə yanaşı hərbiçilərə, məcburi köçkünlərə və qaçqınlara da kitabla xidmət göstərir.

 Kitabxana işçiləri kompyuter biliklərinə yiyələnmişdir. Hazırda MKS də bütün şöbələr kompyuterlə təmin edilmişdir. 24500 oxucu, 194700 nüsxə kitab fondundan istifadə edir. 

Ünvan:
Tərtər şəhəri Heydər Əliyev prospekti 48
Telefon:

+994-22-236-20-92

E-mail:

terter.mks@mail.ru

Url:
http://tartar.cls.az