Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Qarabağ Regional Mədəniyyət İdarəsi

Tabe təşkilatlar
|

Füzuli rayonu Qarabağ kənd uşaq musiqi məktəbi

      Füzuli rayon Qarabağ kənd uşaq musiqi məktəbi 1998-ci ildə Qarabağ kəndində fəaliyyətə başlamışdır. Məktəb fəaliyyətə başladığı müddətdən bu günə qədər yüzlərlə şagirdlər yetişdirib. Məktəbdə  5 ixtisas üzrə dərslər keçirilir. Məktəbimizi bir çox ixtisaslar üzrə bitirən şagirdlərimizdən texnikum və ali məktəblərə qəbul olunanlar sonradan qayıdıb məktəbimizdə işləyən müəllimlərimizdə var. Məktəbdə hal-hazırda 28 müəllim işləyir.İxtisaslar üzrə 151-şagird təhsil alır. 2012-ci ildə "Xan Şuşinski adına Respublika Muğam festivalı"nda iştirakına görə məktəbimizin şagirdi Hətəmov Nihad Bayram oğlu Fəxri Fərmana layiq görülüb.  Ədilə Hüseynzadə adına 2-ci Respublika müsabiqəsində Fortepiano şagirdi Əliyeva Gülnar Şakir qızı Fəxri Fərmana layiq görülmüşdür.  1998-ci ildə yaranan və fəaliyyət göstərən Füzuli rayon Qarabağ kənd uşaq musiqi məktəbi bu gün də öz işini davam etdirir.

Ünvan:
Füzuli rayon Qarabağ kəndi
Telefon:

mobil: 051-478-03-76

E-mail:

ilhame.baxsaliyeva@mail.ru