Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Qarabağ Regional Mədəniyyət İdarəsi

Tabe təşkilatlar
|

Horadiz şəhər musiqi məktəbi

   Füzuli rayonu  Horadiz şəhər uşaq musiqi məktəbi 1983–cü ildə yaranmışdır. Məktəb fəaliyyətə başladığı 1983-1984-cü tədris illərində 60 şagird qəbul kontingenti ilə 7 nəfər  müəllim fəaliyyətə başlamışdır. 1988-ci ildən məktəbdə ixtisaslar üzrə ilk buraxılış sinifləri olmuşdur. Həmin il ilkin olaraq şagirdlərimiz musiqi texnikumlarına qəbul olmuşlar.1993-cü ildə torpaqlarımız ermənilər tərəfindən işğal olunmuş,məktəbimiz avadanlıqları ilə birgə tamamilə yandırılmışdır.

 Məktəb 1 il fəaliyyətsiz qalandan sonra 1994-cü ildə rayonun Əhmədbəyli kəndində məktəb yenidən bərpa edilmiş və fəaliyyətə başlamışdır.Torpaqlarımızın müəyyən hissəsi işğaldan azad edildikdən sonra 1997-ci ildə Horadiz qəsəbəsində məktəb qismən bərpa edilmiş Horadiz musiqi məktəbi orta məktəbin binasında fəaliyyətə başlamışdır.

      Ötən illərdən fərqli olaraq Horadiz uşaq musiqi məktəbi şagird və müəllim kontingentini artırmış və əsaslı olaraq dərs prosesini təkminləşdirmişdir.Cəbhə bölgəsi olaraq məktəbin xalq çalğı alətləri ansamblı ərazidə yerləşən hərbi hissənin keçirdiyi bütün  tədbirlərində iştirak etmiş,hərbi hissə rəhbərliyi tərəfindən dəfələrlə məktəbin kollektivinə təşəkkürnamələr təqdim edilmişdir.Horadiz uşaq musiqi məktəbi  Mədəniyyət və Turizm Nazirliyi tərəfindən keçirilən bütün müsabiqələrdə fəal iştirak etmiş, və yaxşı nəticələr göstərərək diplom və fəxri fərmanlarla mükafatlandırılmışdır. Hal-hazırda musiqi məktəbi M.Səfərov adına 1 saylı Horadiz şəhər tam orta məktəbin binasında fəaliyyət göstərir.  Məktəb 2 mərtəbəli binadan ibarətdir.Məktəb binasının ümumi sahəsi 1206 kv.metrdir.Tədris üçün 23 sinif otaqlarından 2 inzibati və texniki otaqlardan istifadə olunur.Məktəbin 140 nəfərlik zalı vardır ki il ərzində keçirilən bütün tədbirləri orada keçirilir.Məktəbin texniki avadanlıqlarından kompüter və printerdən istifadə olunur.2016-2017 ci tədris ilində məktəbdə müəllimlərin sayı 30 nəfər olmuşdur ki, onlardan 2 nəfər ali ixtisas təhsilli 18 nəfər müəllim orta ixtisas təhsilli 3 nəfər müəllim ali qeyri- ixtisas təhsillidir. 6 nəfər müəllim isə ümumi orta təhsillidir.Məktəb Füzuli rayon təhsil şöbəsinin balansındadır.

  Məktəbin şagirdlərinin nailiyyətlərindən,tar ixtisası üzrə 4 sinif şagirdi Məmmədzadə Sədi Rafiq oğlu  xalq çalğı alətləri ifaçılarının Respublika musiqi  müsabiqəsində fərqləndiyinə görə 3-cü dərəcəli diploma layiq görülmüşdür.Hal-hazırda məktəbdə aşağıdakı ixtisaslar üzrə 142 şagird təhsil alır ki onlardan:

1.Fortepiano ixtisası üzrə-36 şagird

2.Tar ixtisası üzrə-34 şagird

3.Kamança ixtisası üzrə -6 şagird

4.Qarmon ixtisası üzrə-31 şagird

5.Nağara ixtisası üzrə -16 şagird

6.Xanəndəlik ixtisası üzrə -16  şagird

7.Saz ixtisası üzrə - 3 şagird

                                                                  Cəmi :142 şagird  

Ünvan:
Horadiz şəhəri
Telefon:

mob: 050 313 0065