Şuşa rayon mədəniyyət evi Mədəniyyət Nazirliyinin müvafiq fərmani ilə 1956 – ci ildən fəaliyyət göstərir. 1983-cü ildə Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin əmrinə əsasən Şuşa rayon Mədəniyyət evində “ Muğam “ Xalq çalğı alətləri ansamblı, “ Xalq Teatrı “ və sonralar Pəhləvanlardan ibarət “ Xalq Kollektivi” yaradılmışdır. 1992 –ci ilə qədər Şuşa rayon mədəniyyət evində 20 –yə yaxın tamaşalar oynanılmış və Muğam ansamblının ifasında rayon və Respublika səviyyəli konsertlər verilmişdir. 1992-ci ildən isə , məlum hadisələrlə bağlı Şuşa rayon Mədəniyyət evi Bakı şəhərində öz işini davam etdirir. 2016- cı ildən Şuşa rayon Mədəniyyət evi Mədəniyyət Mərkəzi kimi öz işini davam etdirir. Hal hazırda Şuşa rayon Mədəniyyət Mərkəzinin nəznində 3 kənd Mədəniyyət evi filial olaraq və 2 kənd klubu fəaliyyət göstərir. 2017-ci ildə Şuşa rayon Mədəniyyət Mərkəzi Sumaqayıt Regional Mədəniyyət və Turizm İdarəsinin tabeçiliyində öz işini davam etdirir.
Fəaliyyət istiqaməti
-------------------------------------
1. Tədbirlərin hazırlanması
2.Bayram şənliklərin təşkil olunması
3.Dərnəklərin və həvəskar birliklərin təşkili
4.Rayonun mədəni kütləvi tədbirlərinin hazırlanması
5.Görkəmli şəxsiyyətlərlə görüşlərin təşkili
6.Hər mövzuda ədəbi- bədii gecələrin təşkili
7.Tamaşa və konsertlərin hazırlanması
8.Ziyalı, görkəmli yazıçı və şairlərlə görüş
9.Dövlət tədbirlərinin hazırlanması
10. Gənclərlə mütamadi iş və asudə vaxtın təşkili
(012) 567-88-74
shusha.yashar@mail.ru